Konfrans Liqası: 2-ci mərhələnin ilk oyunlarına yekun vuruldu

Bu gün Avropa Konfrans Liqasında 2-ci mərhələnin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Sumqayıt” ilk matçına dünən çıxıb. “Kimyaçılar” səfərdə Serbiyanın “Çukariçki” komandası ilə qolsuz bərabərə qalıb.

Azərbaycanın digər təmsilçiləri – “Qarabağ” və “Keşlə” isə bu gün meydana çıxıb. “Qarabağ” doğma meydanda İsrailin “Aşdod” komandası ilə heç-heçəyə razılaşıb. “Keşlə” isə səfərdə Rusiya “Soçi”sinə böyük hesabla uduzub.

Çempionlar Liqasının 1-ci mərhələsində “Neftçi”yə uduzan Tbilisi “Dinamo”su (Gürcüstan) İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edib. Gürcüstan çempionu bu görüşdə də məğlubiyyətə üzülüb. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi Belarus “Şaxtyor”u da Lüksemburq “Fola”sına evdə uduzub.

20 iyul

Domjale (Sloveniya) – Honka (Finlandiya) 1:1
Kauno Jalgiris (Litva) – TNS (Uels) 0:5
Priştina (Kosovo) – Konnah (Uels) 4:1
Folqore (San Marino) – Hibernians (Malta) 1:3

21 iyul

Çukariçki (Serbiya) – Sumqayıt 0:0

22 iyul

Ararat (Ermənistan) – Şlensk (Polşa) 2:4
Astana (Qazaxıstan) – Aris (Yunanıstan) 2:0
Paneveys (Litva) – Voyvodina (Serbiya) 0:1
Molde (Norveç) – Servette (İsveçrə) 3:0
Olimpiya (Sloveniya) – Birkirkara (Malta) 1:0
Avstriya (Vyana, Avstriya) – Breydablik (İslandiya) 1:1
Qarabağ – Aşdod (İsrail) 0:0
RFS (Latviya) – Puşkaş Akademiya (Macarıstan) 3:0
Soçi (Rusiya) – Keşlə 3:0
KuPS (Finlandiya) – Vorskla (Ukrayna) 2:2
Düdelanj (Lüksemburq) – Bohemians (İrlandiya) 0:1
Dinamo (Tbilisi, Gürcüstan) – Makkabi (Hayfa, İsrail) 1:2
Hammarbü (İsveç) – Maribor (Sloveniya) 3:1
Elfsborq (İsveç) – Milsami (Moldova) 4:0
Kopenhagen (Danimarka) – Torpedo (Belarus) 4:1
Spartak (Trnava, Slovakiya) – Sepsi (Rumıniya) 0:0
Suduva (Litva) – Rakuv (Polşa) 0:0
Lokomotiv (Plovdiv, Bolqarıstan) – Slovatsko (Çexiya) 1:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Liepaya (Latviya) 0:0
Viktoriya (Plzen, Çexiya) – Dinamo (Brest, Belarus) 2:1
Laçi (Albaniya) – Universtatya Krayova (Rumıniya) 1:0
Qzira Yunayted (Malta) – Riyeka (Xorvatiya) 0:2
Dinamo (Batumi, Gürcüstan) – BATE (Belarus) 0:1
AEL (Limassol, Kipr) – Vlajniya (Albaniya) 1:0
Petrokub (Moldova) – Sivasspor (Türkiyə) 0:1
Riqa (Latviya) – Şkendiya (Şimali Makedoniya) 2:0
Apollon (Limassol, Kipr) – Jilina (Slovakiya) 1:3
Teuta (Albaniya) – İnter Klub Eskaldes (Andorra) 0:2
Arda (Bolqarıstan) – Hapoel (Beer-Şeva, İsrail) 0:2
Şkupi (Şimali Makedoniya) – Santa Klara (Portuqaliya) 0:3
Torshavn (Farer adaları) – Buduçnost (Monteneqro) 4:0
Bazel (İsveçrə) – Partizani (Albaniya) 3:0
Velej (Bosniya və Herseqovina) – AEK (Yunanıstan) 2:1
Gent (Belçika) – Valerenqa (Norveç) 4:0
Larne (Şimali İrlandiya) – Orhus (Danimarka) 2:1
Sutyeska (Monteneqro) – Makkabi (Təl-Əviv, İsrail) 0:0
Styaua (Rumıniya) – Şaxtyor (Karaqandi, Qazaxıstan) 1:0
Aberdin (Şotlandiya) – Hakken (İsveç) 5:1
Hibernian (Şotlandiya) – Santa Koloma (Andorra) 3:0
Linfild (Şimali İrlandiya) – Borats (Bosniya və Herseqovina) 4:0
Şaxtyor (Soliqorsk, Belarus) – Fola (Lüksemburq) 1:2
Hafnarfyordyor (İslandiya) – Rusenborq (Norveç) 0:2
Hayduk (Xorvatiya) – Tobol (Qazaxıstan) 2:0
Uypeşt (Macarıstan) – Vaduts (Lixtenşteyn) 2:1
Poqon (Polşa) – Osiyek (Xorvatiya) 0:0
Drita (Kosovo) – Feyenoord (Niderland) 0:0
Dandalk (İrlandiya) – Levadiya (Estoniya) 2:2
Partizan (Serbiya) – Dunayska Streda (Slovakiya) 1:0
Valyur (İslandiya) – Bodo Qlimt (Norveç) 0:3