Amerika kuboku: Argentina millisindən uğursuz start

Amerika kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, turnirin açılış matçında A qrupu çərçivəsində Braziliya və Venesuela milli komandaları üz-üzə gəliblər. Oyun braziliyalıların 3:0 hesablı qələbəsiylə başa çatıb. Qrupun digər matçında Kolumbiya Ekvadoru minimal hesabla məğlub edib – 1:0.

B qrupu çərçivəsində iki qarşılaşma baş tutub. Argentina yığması Çili ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Paraqvay millisi isə Boliviyadan üstün olub – 3:1.

Amerika kuboku, qrup mərhələsi, ilk tur

14 iyun

A qrupu

Braziliya – Venesuela 3:0
Qol:
Markos Aoas Korrea, 23. Neymar, 64-pen. Qabriel Barbosa, 89.

Kolumbiya – Ekvador 1:0
Qol:
Edvin Kardona, 42.

15 iyun

B qrupu

Argentina – Çili 1:1
Qol:
Lionel Messi, 33 – Eduardo Varqas, 57.

Paraqvay – Boliviya 3:1
Qol:
Alexandro Romero, 62. Anxel Romero, 65; 80 – Ervin Saavedra, 10-pen.

Bombardir: Anxel Romero (Paraqvay) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button