“Bu gecə çoxlu səhvlər etdik” – Danilo

“Yuventus”un futbolçusu Danilo İtaliya A Seriyasının 18-ci turunun “Napoli” ilə matçından sonra (1:5) fikirlərini bölüşüb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, matç ərzində çoxlu səhvlərə yol verdiklərini dilə gətirib:

“Komanda olduğumuzu başa düşmək vacibdir. Soyunub-geyinmə otağından kənarda insanların dediyi fikirlər bizə təsir etməməlidir. Psixoloji problemlərmi? Daha bu haqda eşitmək istəmirəm.

Bu gecə çoxlu səhvlər etdik. Sabahdan hər şeyi yenidən təhlil etməliyik. Doğrudur, onlar son məqamlarda daha sürətli və dəqiq idi. “Napoli” güclü komandadır”.

Neapollular 47 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Qoca sinyora” isə 37 xalla üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button