Almeyda “Qarabağ”dan ayrılır? – Müsahibə

Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dan ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi “sports.kz” saytına müsahibəsində deyib.:

  • Riçard, “Qarabağ”dan ayrılacağınla bağlı xəbərlər var.
  • Bəli, elədir.
  • “Astana”ya qayıdırsan?
  • Biz “Astana” ilə razılaşdıq və müqaviləyə xitam verdik.
  • Bu nə zaman baş verdi?
  • 3-4 ay əvvəl.
  • Özünə yeni klub tapmısan?
  • Menecerim artıq bir neçə klubla danışıqlar aparıb, ancaq hələ qərar verməmişəm. İndi tətildəyəm. Bir neçə gündən sonra qərarımı verəcəm.
  • Maraqlıdır, görəsən bu klublar arasında Qazaxıstan təmsilçiləri varmı?
  • İndiyə qədər yox. Çünki hələ Qazaxıstandan heç bir klub mənim menecerimlə danışmayıb.

2019-cu ilin yanvarında “Qarabağ”a keçən Almeydanın müqaviləsi dekabrın 31-nə qədərdir. Braziliyalı yarımmüdafiəçi yanvarın 1-dən azad agent olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button