6 tonluq ərzaq aldı, insanlara payladı FOTOLAR

Braziliya millisinin və “Everton”un futbolçusu Riçarlison, böyüdüyü Nova-Venesiya şəhərinin sakinlərinə yardım edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçu, Braziliya millisi Amerika kubokunu qazandıqdan sonra 3 min nəfər tərəfindən izlənilən dostluq oyunu təşkil edib.

Riçarlison, bu xeyriyyə matçından gələn gəlirlə 6 tonluq ərzaq alaraq, Nova-Venesiya şəhərinin sakinlərinə paylayıb.

Braziliya yığması Amerika kubokunun finalında Perunu 3:1 hesabıyla məğlub edərək, qalib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button