Braziliya millisindən 2 antirekord

2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya millisi doğma meydanında təsnifat mərhələsi tarixində ilk dəfə məğlub olub.

Komanda.az xəbər verir ki, dünən baş tutan görüşdə Braziliya millisi Argentina yığmasına 0:1 hesabı ilə məğlub olub.

Ümumilikdə, 1954-cü ildən bəri Braziliya millisi evdə 65 oyun keçirib (51 qələbə, 13 heç-heçə, 1 məğlubiyyət).

Daha bir antirekord braziliyalıların ardıcıl üçüncü məğlubiyyəti alması olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button