Bonuççi “Yuventus”u məhkəməyə verəcək

“Yuventus”un sabiq müdafiəçisi Leonardo Bonuççi karyerasına və imicinə ziyan vurduğu üçün keçmiş klubunu məhkəməyə verməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı italiyalı futbolçuya görə, əsas komandadan uzaqlaşdırıldıqdan sonra dözməli olduğu şərtlər, məsələn, axşamlar məşqlərdə ayrı hazırlıq keçmək onun üçün “anormal” hesab olunub. O, komanda yoldaşları və texniki heyətlə görüşmədiyini, idman salonuna, hovuza və restorana çıxışının olmadığını bildirib.

Bonuççi qeyd edib ki, məhkəmə qərarı nəticəsində əldə edilən istənilən məbləğ “Neuroland”a bağışlanacaq. Bu, Turin Uşaq Neyrocərrahiyyə bölməsində xəstəxanaya yerləşdirilən uşaqların ailələrinə dəstək verən bir assosiasiyadır.

Bonuççi 2018-ci ildən “Yuventus”da çıxış edirdi. O, daha əvvəl 2010-2017-ci illərdə də bu komandada forma geyinib. Bonuççu Turin klubunun heyətində 502 oyun keçirib, 37 qol vurub və 10 məhsuldar ötürmə edib. O, bu yay azad agent statusu ilə Almaniyanın “Union” (Berlin) klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button