Bombardir də “Qarabağ”lı oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünün sonuncu oyunu – “Neftçi” – “Qarabağ” qarşılaşması hələ başa çatmasa da, bombardirlər yarışı ilə bağlı suallara demək olar ki, aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, matçın hələ 11-ci dəqiqəsində “Neftçi”nin ən sərrast hücumçusu Baqali Dabo qonaqların qapısına təyin olunmuş penalti zərbəsini boşa verib. Onun zərbəsi boşa çıxıb. Halbuki, həmin zərbə qol olsaydı, fransalı futbolçu bombardirlik yarışında əsas rəqibi – “Qarabağ”ın hücumçusu Mahir Mədətovu qabaqlayacaqdı. Bu oyuna qədər hər iki futbolçunun hesabında eyni sayda – 14 qol vardı.

Bu epizoddan cəmi bir neçə dəqiqə sonra Dabo daha bir xoşagəlməz aqibətlə üzləşib. Matçın əvvəlində aldığı zədə onun oyunu davam etdirməsinə imkan verməyib. Bu üzdən də 17-ci dəqiqədə onun əvəzində meydana Namiq Ələsgərov buraxılıb.

Dabonun meydanı tərk etməsi ərəfəsində onun bombardirlik yarışındakı əsas rəqibi Mədətov “Neftçi”nin qapısına yol tapıb. Bu isə o deməkdi ki, artıq bu mövsümün ən yaxşı bombardiri məhz “Qarabağ”ın futbolçusudu. Komandası mövsümü çempion kimi bitirən Mahirin hesabında artıq 15 qol var. Amma o, matçın qalan dəqiqələrində bu sayı artırmaq şansına da malikdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button