
Bölgə komandası dağıla bilər – Vəd olunan sponsor tapılmasa
Birinci Liqada çıxış edən “Mingəcevir” sponsor dəstəyindən mərhum olub. İlin əvvəlində Mingəçevir klubu ilə Azerbaijan Sport Talents Academy (ASTA) arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilmişdi. Amma daha sonra idmanla əlaqəli olmayan hadisələrə görə bu əməkdaşlığın uzun sürməyəcəyi məlum oldu.
Komanda hazırda AFFA-nın ayırdığı maliyyə vəsaiti ilə fəaliyyət göstərir.
Komanda.az-ın əldə etdiyi məlumata görə, “Mingəçevir”in futbolçuları və məşqçi heyəti hazırda onlara vəd olunan əməkhaqqının sadəcə bir hissəsini ala bilirlər. Futbolçuların çoxu da komandada baş məşqçi Ramiz Məmmədova görə qalıb.
AFFA-dan isə kluba qışa kimi yeni sponsor tapılacağı vədi verilib. Əks halda, elə bu qış “Mingəçevir”də baş məşqçi başda olmaqla, futbolçuların çoxu komandanı tərk edəcək.
“Mingəçevir” 1-ci Liqada 9 turdan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin



