“Bizim komandada analoqu olmayan enerji var” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Alaves” üzərində qələbəni (1:0) şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşmanın çox çətin keçdiyini bildirib:

“Komanda çox böyük səy göstərdi və hesab edirəm ki, sonda qələbəyə layiq idik. Qarşılaşma çox çətin keçdi. Azlıqda qalanda çoxu fikirləşə bilər ki, rəqib qol vura bilər, amma bizim komandada analoqu olmayan enerji var. Yaxşı dayandıq, çox yaxşı müdafiə olunduq və mükafatlandırıldıq. Bizim üçün çətin matç oldu, lakin komandanın fədakarlığı sayəsində qalib gəldik”.

“Kral klubu” La Liqada 18 turdan sonra 45 xalla turnir cədvəlinə liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button