“Biz Messiyə deyirik ki, uzun müddət burada oynasın”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni “İnter Mayami”nin hücumçusu Lionel Messinin yığmadakı gələcəyindən danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis Messinin hekayəsinin inanılmaz olduğunu bildirib:

“Biz Messiyə deyirik ki, uzun müddət burada oynasın. Dünya kubokunu qazanaraq adını futbolda əbədiləşdirdi. Onun karyerasını nə vaxt bitirəcəyi məlum deyil. Amma onun hekayəsi inanılmazdır.

Messi futbol meydançasında xoşbəxtdir. Bunun xaricində, məncə, Leo olmaq çətindir. Çünki o, evdən çıxanda ətrafı insanlarla əhatə edilir. Amma o, meydanda xoşbəxtdir.

Ona yaxından baxanda hiss etdiyin həzzi təsvir etmək çətindir. Bunu öz gözlərinizlə görmək lazımdır. Onun məşqdə nə etdiyini desəm, mənə inanmazdız. Bu, əsl dəlilikdir”.

Messi 2005-ci ildən Argentinanın əsas milli komandasında oynayır. O, Argentina millisi ilə dünya çempionatı, olimpiada və Amerika kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button