“Biz klubu layiq olduğu yerə çatdırmaq üçün hər şey edirik” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo komandasının cari Premyer Liqasındakı çıxışından danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ekvadorlu futbolçu zamanla komandanın Premyer Liqanın ən yaxşılarından birinə çevriləcəyini deyən komanda yoldaşı Enzo Fernandeslə razılaşıb:

“Yüz faiz razıyam. Buna bir az vaxt lazım olacaq. İndi bizə inanmayanlar sonda buna əmin olacaqlar, çünki biz klubu layiq olduğu yerə və əvvəllər olduğu yerə çatdırmaq üçün hər şeyi edirik”.

21 yaşlı futbolçu avqustun 14-də “Brayton”dan “Çelsi”yə keçib. Kaysedonun “zadəganlar”la müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button