
ÇL: “İlk oyunda göstərdik ki, “Barselona”nı çətin vəziyyətə sala bilərik”
“Nyukasl”ın baş məşqçisi Eddi Hou UEFA Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə keçirilən ilk oyun (1:1) haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar”ın çalışdırıcısı oyunun sonunda buraxılan qola görə məyus olduğunu gizlətməyib:
“Matçın sonunda baş verənlərdən sonra bu nəticəni qəbul etmək çətindir. Düşünürəm ki, biz çox yaxşı oynadıq. Ümumilikdə rəqibi yaxşı şəkildə saxladıq. Şanslar çox deyildi – bəlkə də, ikinci hissədə Harvi Barnesin epizodu ilk real imkan idi. Amma hesab edirik ki, kifayət qədər yaxşı çıxış etdik”.
İngiltərəli mütəxəssis əlavə edib ki, cavab oyununda da komandasının şanslarının olduğuna inanır:
“Biz inanmalıyıq. Aydındır ki, növbəti oyun tam fərqli şəraitdə keçəcək. Amma ilk oyunda göstərdik ki, rəqibi çətin vəziyyətə sala bilərik. İspaniyaya gedib eyni şeyi etməyə çalışmalıyıq”.
Bizi Facebook-da izləyin



