“Biz artıq titullar haqqında düşünməməliyik”

“Aston Villa”nın vingeri Leon Beyli komandasının çempionluq şanslarını dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, yamaykalı futbolçu hər gün işləməli olduqlarını bildirib:

“Mən həmişə özümə deyirdim ki, biz artıq titullar haqqında düşünməməliyik, bunun əvəzinə hər şeyi addım-addım etməliyik. Biz təvazökar qalmalı və hər gün işləməliyik. Bundan sonra diqqətimizi başqa işlərə yönəldəcəyik. Mövsümün sonu gələcək, sonra harada olduğumuzu görəcəyik”.

15 turdan sonra “Aston Villa” Premyer Liqada 32 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button