“Səbail”lə “Sumqayıt”dan Premyer Liqaya qol dərsi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. “Zaqatala” “Sabah-2”-ni, “Neftçi-2” isə “Kəpəz”i məğlub edib.

Bu gün keçirilən dörd qarşılaşmayla tura yekun vurulub. MOİK “Turan Tovuz”dan, “Keşlə-2” isə “Qaradağ Lökbatan”dan üstün olub.

“Səbail-2” – “Sumqayıt-2” görüşü isə “qol yağışı” altında keçib. Komandalar hərəsi 5 dəfə fərqlənib. Təkcə bu oyunda vurulan qolların sayı, Azərbaycan Premyer Liqasının son turunda vurulan qolların sayından çoxdur. Premyer Liqanın son turunun 4 oyununda, cəmi 7 qol vurulmuşdu.

Birinci divizion, 15-ci tur

14 fevral

Zaqatala – Sabah-2 2:1
Qol: Maqsud ələkbərov, 35. Cavad Kazımov, 44. – Eldost Qiyasbəyli, 63-pen.
Qırmızı vərəqə: Elvin Həsənov, 89. (“Zaqatala”) – Sultan Mustafayev, 79. (“Sabah-2”)
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Rəşad Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: İlham Əliyev
Zaqatala şəhər stadionu

Neftçi-2 – Kəpəz 3:2
Qol: Vüsal Əsgərov, 18; 37. Mirkamil Əliyev, 67. – Elgün Orucov, 57. Əlim Səmədo, 62-pen.
Hakimlər: Nahid Xasıyev, Akif Əmirəli, Cəmil Quliyev, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”

15 fevral

Keşlə-2 – Qaradağ Lökbatan 2:0
Qol: Ülvi İbrahimov, 5; 79.
Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Taleh Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”

MOİK – Turan Tovuz 3:0
Qol: İlqar Ələkbərov, 50. Ümid Şükürlü, 62. Bahadur Həziyev, 75.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Ruslan Quliyev, İslam Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Ağsu – Şüvəlan 0:1
Qol: Tural Qürbətov, 80.
Qırmızı vərəqə: Kamran Əliyev, 88. (“Şüvəlan”)
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elmin Süleymanov, Orxan Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Ağsu şəhər stadionu

Səbail-2 – Sumqayıt-2 5:5
Qol: Xəzər Mahmudov, 17; 33. Təyyar Məmmədov, 48. Ədilxan Qarəhmədov, 64. Ruslan Hacıyev, 87 – Ürfan İsmayılov, 23-avtoqol. İbrahim Əliyev, 63; 88. Fərid Kərimzadə, 70-pen. Elvin Dəmirov, 90+6.
Hakimlər: Nail Nağıyev, Vüqar Bayramov, Səbuhi Soltanov, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button