“Birincilər” mövsümə yekun vurdular

Birinci divizionunda mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu – 30-cu turun oyunları eyni gündə baş tutub.

Çempion “Araz Naxçıvan” doğma meydanda “Zaqatala”nı inamlı hesabla məğlub edib. Gümüş medalların sahibi “Neftçi”nin əvəzediciləri də MOİK-lə səfər matçında inamlı qələbəyə sevinib.

Üçüncü pillədə olan “Turan Tovuz”un ikinci komandası isə “İmişli”ni böyük hesabla məğlub etməklə bürünc medalları təmin edib.

Birinci divizion
30-cu tur
23 may

Mingəçevir – Səbail-2 1:1
Qol
: Elvin Əlizadə, 83-pen – Xəyal Bədirov, 18.
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Anar Bədəlov, Murad Səlimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

MOİK – Neftçi-2 2:4
Qol
: Tural Axverdiyev, 30. İlham Allahverdiyev, 62 – Elşad Tağıyev, 7; 13-pen. Seymur Əliyev, 39. Aqşin Abazərov, 73.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Kamran Əliyev.
Binə qəsəbə stadionu.

Araz Naxçıvan – Zaqatala 2:0
Qol
: Orxan Əliyev, 76; 80.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Kərim Zeynalov, Mahmud Bağırzadə.
Naxçıvan Muxtar Respublika stadionu.

Qəbələ-2 – Qarabağ-2 0:0
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Aydın Bəxşiyev, Tural İbrahimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança).

Turan Tovuz-2 – İmişli 3:0
Qol
: Sadiq Şəfiyev, 45; 71-pen. Okebuqvu Henri, 48.
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Tovuz şəhər stadionu.

Zirə-2 – Şamaxı-2 2:2
Qol
: Mahmud Ağayev, 58. Xəqani Sadıxov, 66-pen – Qurban Səfərov, 43-pen. Asim Əlizadə, 45.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Asif Abdullayev, Fəridə Lütfəliyeva.
Zirə İK stadionu.

Sumqayıt-2 – Kəpəz-2 3:2
Qol
: Uğur Cahangirov, 72. Maqsud Ələkbərov, 80. Xəzər Mahmudov, 82 – Nemət Musayev, 70pen. Sənan Əliyev, 89.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Rövşən Rəcəbov.
“Sumqayıt Arena” (ehtiyat meydança).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button