21-ci əsrdə ən çox çempion olan komanda

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə yerli liqalarda ən çox çempion olan komandaların adlarını açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ilk sırada Moldovanın “Şerif” komandası yer alıb. Tiraspol təmsilçisi 18 dəfə ölkə çempionatının qalibi olub.

Cəbəllütariqin “Linkoln Red İmps”, Hondurasın “Olimpia”, Nikaraquanın “Real Esteli” komandası 17 dəfə yerli liqada qızıl medalların sahibi olub. Bu komandalar siyahıda 2-ci, 3-cü və 4-cü pillələri bölüşürlər.

5-ci yerin sahibi isə Yunanıstanın “Olimpiakos” komandasıdır. Pirey təmsilçisi 16 dəfə Yunanıstan Super Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button