İmmobile Fransa klubuna keçir

“Bolonya”nın hücumçusu Çiro İmmobile Fransanın “Paris” klubuna transfer oluna bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun transferi üzrə danışıqlar artıq irəliləyib və klublar demək olar ki, razılığa gəliblər. Hazırda yalnız İmmobilenin son razılığının alınması qalır.

İtaliyalı forvard cari mövsümdə A Seriyasında 6 oyuna çıxıb, ancaq hələ qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

İmmobile 2024/25 mövsümündə “Beşiktaş”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button