“Beşiktaş”ın oyunu təxirə salındı – İstanbuldakı partlayışa görə

Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində bu gün keçirilməli olan “Beşiktaş” – “Antalyaspor” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna İstanbulun İstiqlal küçəsindəki partlayış səbəb göstərilib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu üzdən də təhlükəsizlik səbəbi ilə “Beşiktaş”ın stadionunda keçirilməli olan matçın başqa tarixdə oynanılmasına qərar verilib.

“Vodafone Park”da keçirilməli olan bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start verilməli idi. Arenaya toplaşan azarkeşlərin evlərinə getməsi xahiş olunub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button