“Beşiktaş”ın keçmiş hücumçusu La Liqa klubunda

İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Brügge”dən Kayl Larini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kanadalı forvard mövsümün sonuna kimi icarə əsasında “Valyadolid”də çıxış edəcək. Müqavilədə satınalma maddəsi var.

Kayl Larin “Brügge”yə mövsümün əvvəlində “Beşiktaş”dan transfer olunub. 27 yaşlı hücumçu Belçika klubunun heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button