“Beşiktaş”ın hücumçusu İngiltərə klubuna keçməyə razıdır

“Beşiktaş”ın hücumçusu Temmi Abraham karyerasını “Aston Villa”da davam etdirməyə açıqdır. Onun transfer hüquqları hələ də “Roma”ya məxsusdur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Birmingem klubu “Roma”ya keçən Doniel Malenə əvəzləyici axtarışındadır. Abrahamın şəxsi müqavilə şərtləri “Aston Villa” üçün problem yaratmayacaq. Futbolçu Premyer Liqaya qayıtmağa müsbət yanaşır. Ancaq transferin reallaşması icarə müqaviləsi səbəbindən çətinləşir. Belə ki, Temmi Abraham “Beşiktaş”da icarə əsasında çıxış edir və razılaşmaya əsasən, müəyyən şərtlər yerinə yetirilərsə, İstanbul klubu onu 11,2 milyon funt-sterlinq qarşılığında məcburi şəkildə transfer etməlidir.

Hazırda tərəflər arasında vəziyyətin necə inkişaf edəcəyi maraqla gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button