“Beşiktaş”dan ayrılan serbiyalı futbolçu yenidən Super Liqada

Bu yay “Beşiktaş”dan azad agent kimi ayrılan serbiyalı futbolçu Adem Lyayiçin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu yenidən Türkiyə Super Liqasında mübarizə aparacaq.

O, “Fatih Karagümrük”lə 1.5 illik müqavilə bağlayıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə müqavilənin 2023-cü ilin yanvar ayından qüvvəyə minəcəyi diqqətə çatdırılıb.

Lyayiç 2018-ci ildən “Beşiktaş”da forma geyinirdi. O, “qara qartallar”ın heyətində bütövlükdə 85 matça çıxıb, 18 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Serbiyalı daha öncə “Torino”, “Roma”, “İnter”, “Fiorentina” və “Partizan” klublarının da formasını geyinib. Yarımmüdafiəçi Serbiya yığmasında 47 oyuna 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button