“Beşiktaş”da 5 illik müqavilə

“Beşiktaş”ın gənc futbolçusu Rıdvan Yılmaz İstanbul klubu ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı sol cinah müdafiəçisi ilə müddəti 2025-ci ilin sonunda başa çatacaq müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi.

“Beşiktaş”ın öz yetirməsi olan Rıdvan Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyə qədər “qara qartallar”ın heyətində 14 rəsmi oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button