İstanbul derbisində qalib müəyyənləşmədi

Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Göztəpə” “Konyaspor”la qarşılaşıb. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar. Bu, sözügedən komandanın cari mövsümdəki ilk qələbəsi olub.

Şənbə günü daha üç görüş baş tutub. “Kayserispor” – “Dənizlispor” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” “Antalyaspor”u 3 cavabsız qolla məğlub edib. “Fənərbaxça” isə “Ankaragücü” ilə ev oyununda əzmkar qələbəyə sevinib.

“Qalatasaray” bu turda “Yeni Malatyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu görüşdən xal itkisi ilə ayrılıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Cari mövsümə uğursuz start verən “Beşiktaş” “Başakşəhər”lə üz-üzə gəlib. Derbidə qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası, 5-ci tur

20 sentyabr

Göztəpə – Konyaspor 1:0
Qol
: A.Öztürk, 76-pen.

21 sentyabr

Kasımpaşa – Antalyaspor 3:0
Qol
: M.Pektemek, 53. Tiam, 60; 80.

Kayserispor – Dənizlispor 1:1
Qol
: P.Enrike, 13 – Muravski, 74.

Fənərbaxça – Ankaragücü 2:1
Qol
: Yorgensen, 20. Muriqi, 73 – Orgill, 16.

22 sentyabr

Rizəspor – Qazişəhər 1:2
Qol
: Samudio, 65 – M.Demir, 12. Tvumasi, 16.

Gənclərbirliyi – Alanyaspor 1:1
Qol
: Stanku, 45+1-pen – C.Gülsəlam, 66.

Yeni Malatyaspor – Qalatasaray 1:1
Qol
: Gilyerme, 89 – Seri, 23.

23 sentyabr

Beşiktaş – Başakşəhər 1:1
Qol
: B.Yılmaz, 83-pen – Krivelli, 54.

Sivasspor – Trabzonspor 2:1
Qol
: Fernando, 41. Çiftçi, 90+6 – Avdiyay, 3.

Bombardir: Papiss Sisse (Alanyaspor) – 5 qol.