“Yuventus”u “Napoli”yə dəyişir

“Napoli” “Yuventus”un yarımmüdafiəçisi Federiko Bernardeski ilə danışıqlar aparır.

Komanda.az xarixi KİV-ə istinadən xəbər verir ki, Neapol klubu futbolçunu azad agent kimi transfer etmək istəyir.

28 yaşlı italiyalı futbolçu “Napoli”nin təklifini qəbul etməyə hazırdır. Yaxın günlərdə danışıqları başa çatdırmaq üçün yeni, birbaşa təmaslar baş tutacaq.

Bernardeski 2013-cü ildən “Yuventus”da çıxış edir. O, ötən mövsüm 35 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button