“Qızıl top”u Benzema almalıdır” – Mane

“Bayern”in hücumçusu Sadio Mane “qızıl top”u “Real”ın forvardı Kərim Benzemanın almalı olduğunu deyib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, seneqallı futbolçu, Benzemanın buna layiq olduğunu bildirib:

“Məncə, Kərim ilin sonunda “qızıl top”u almağa layiqdir. O, “Real”da əla mövsüm keçirdi, Çempionlar Liqasını qazandı. Düşünürəm ki, o, bu mükafata tam layiqdir, onun üçün sevinərəm. Bəli, mən də Seneqal millisi ilə Afrika Millətlər Kubokunu qazandım və həqiqətən, xoşbəxtəm. Amma “qızıl top”u Benzema almalıdır”.

Benzema UEFA tərəfindən Avropanın ən yaxşı futbolçusu, həmçinin “Real”da mövsümün oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button