
Benzema Parisə getdi, məşhur rəssamın əsərini aldı
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema həftəsonunu Parisdə keçirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu paytaxtda məşhur “Luvr” muzeyini yeni sevgilisi, aktrisa Lina Kudri ilə birlikdə ziyarət edib və bununla da kifayətlənməyib. O, məşhur rəssam Pablo Pikassonun 1964-cü ilə aid “Adam başı” (“Tete d’homme”) adlı əsərini satın alıb.
Tablonun alış qiyməti açıqlanmasa da, son illərdə Pikasso əsərlərinin dəyərinin sürətlə artdığı və onların 10 milyonlarla avroya satıldığı bildirilir.
Benzema Səudiyyə Ərəbistanında “Əl-İttihad” klubunun şərəfini qoruyur. O, karyerasının ən parlaq dövrünü isə “Real”da keçirib. Benzema 2023-cü ildə Yaxın Şərqə transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



