Gözünə görə karyerasını dayandırdı – “Yuventus”un sabiq futbolçusu

“Benfika”nın futbolçusu Qabriel karyerasını dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Buna səbəb, 26 yaşlı yarımmüdafiəçinin görməsində problem yaranmasıdır.

Portuqaliya kubokunun “Famalikao” ilə matçından (3:2) sonra gözündən şikayətlənən və həkimlər tərəfindən müayinə olunan Qabrielin beyin sinirlərində problem olduğu ortaya çıxıb.

Futbolçunun həkim nəzarətində olacağı və problemlərin həllindən sonra yenidən futbola başlayacağı bildirilib.

Karyerası ərzində “Yuventus”, “Livorno”, “Leqanes” kimi klublarda çıxış edən Qabriel, 2018-ci ildən “Benfika”dadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button