“30 ildir məşqçilik edirəm, belə şey görməmişdim” FOTO

“Benfika”nın baş məşqçisi Jorje Jesus futbolçusu Haris Seferoviçin Çempionlar Liqasında “Barselona” ilə matçın (0:0) son dəqiqəsində yararlana bilmədiyi epizodla bağlı danışıb.

Komanda.az xəbər verir ki, Jesus, boşa verilən qol imkanıyla bağlı bunları deyib:

“Müdafiədə yaxşı oynadıq. “Barselona”nın qol imkanları var idi, bunu inkar etmək olmaz. Sonuncu qol fürsətimizdə heç rəqibin qapısında qapıçı da yox idi, amma alınmadı. 30 ildir məşqçilik edirəm, belə şey görməmişdim. Təəssüf ki, bunu “Benfika”da yaşadım”.