“Benfika” Di Maria ilə müqaviləni yeniləmək istəyir

“Benfika”nın yarımmüdafiəçisi Anxel Di Maria klubda qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Lissabon klubu argentinalı futbolçu ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq niyyətindədir. Hazırkı müqavilənin müddəti bu ilin yayına qədərdir.

36 yaşlı yarımmüdafiəçi bu mövsüm 41 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button