Belotti “Roma”ya qayıdacaq

“Roma”dan icarəyə götürülən “Fiorentina”nın hücumçusu Andrea Belotti paytaxt klubuna qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı italiyalı hücumçu Florensiya klubunda qalmaq istəmir.

Belotti Roma komandasında möhkəmlənmək niyyətindədir.

Belotti 2023/2024 mövsümünün ikinci yarısında “Fiorentina”da çıxış edib. O, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

A Seriyasında mövsümün sonunda “Fiorentina” turnir cədvəlində 8-ci, romalılar isə 6-cı yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button