Belotti “Roma”da nə qədər qazanacaq?

İtaliyalı hücumçu Andrea Belotti tezliklə “Roma”nın futbolçusu olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “DAZN İtalia” məlumat yayıb. Nəşrin məlumatına görə, Belotti agentlərin ona təklif etdiyi bütün alternativlərdən imtina edib. “Nitsa”, “Monako” və “Qalatasaray” maddi baxımdan daha yaxşı təkliflər etsə də, hücumçu üçün Roma klubu prioritet olaraq qalıb.

Belotti “Roma”da mövsümdə 3 milyon avro qazanacaq və müqavilə yaxın günlərdə imzalanmalıdır.

Belottinin son klubu “Torino” olub. O, 2015-ci ildən “Torino”da çıxış edib, 251 oyun keçirib, 113 qol vurub və 28 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button