“Bellingem Messi və Ronaldonun “taxt”ının azad olduğunu anlayan yeganə şəxsdir”

“Real”ın sabiq futbolçusu Quti Madrid klubunun yarımmüdafiəçisi Çud Bellingem haqqında danışıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, onun fikrincə, 20 yaşlı futbolçu Lionel Messi və Kriştiano Ronaldonun yerini tuta bilər:

“Madrid azarkeşləri Bellingemi çox sevirlər, çünki o, “Real”a getmək istəyirdi. Bellingem heyrətamiz performans nümayiş etdirir. “Taxt” Vinisius Junior, Kilian Mbappe və ya Erlinq Haland tərəfindən alına bilərdi. Lakin Bellingem Lionel Messi və Kriştiano Ronaldonun “taxt”ının azad olduğunu anlayan yeganə şəxsdir və o, buna can atır”.

Bellingem bu yay “Borussiya”dan (Dortmund) “Real”a keçib. O, bu mövsüm Madrid klubunun heyətində La Liqada 8 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button