“Bellingem hazırda dünyanın ən yaxşısıdır” – Quti

“Real”ın keçmiş futbolçusu Quti dünyanın ən yaxşı futbolçusu hesab etdiyi oyunçunun adını çəkib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda “qızıl top”dan söz açıb:

“Tərəddüd etmədən deyəcəm ki, Çud Bellingem hazırda dünyanın ən yaxşısıdır. “Qızıl top”? Problem ondadır ki, bu, ən yaxşı qol vuranlara verilir. Ona görə də, o, bu mükafatı almaq üçün ilboyu qol vurmalı olacaq”.

20 yaşlı ingilis futbolçu 2023-cü ilin iyulunda “Borussiya”dan “Real”a keçib. Onun tansfer məbləği 103 milyon avro olub. Bellingemin klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 11 qol vurub və üç məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button