“Bellingem Benzemanın əvəzedicisi deyil” – Del Pyero

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero yarımmüdafiəçi Çud Bellingemin “Real”dakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Bellingemin Kərim Benzemanın əvəzləyicisi olmadığını bildirib:

“Bellingem Benzemanın əvəzedicisi deyil. Amma o, bu işin öhdəsindən gəlməyi bacarır. “Real”, Benzema olmadan, rəqibin müdafiəsini açmağa kömək edən Bellingemin xidmətindən istifadə edir”.

İngiltərəli futbolçu hazırda “böyük beşlik” liqalarında ən məhsuldar yarımmüdafiəçidir. O, bütün yarışlarda 9 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button