Belçika 24 il sonra ilk dəfə qrupda qaldı, baş məşqçi istefa verdi

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında açıqlama verib.

O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb. Buna komandanın mundialdakı uğursuz çıxışı səbəb olub. Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

Belçika millisi 24 il sonra ilk dəfə dünya çempionatlarında qrup mərhələsini keçə bilməyib. Bu komandanın yer aldığı F qrupundan Mərakeş lider, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika 3-cü yeri tutub və qrupda qalıb.

Belçika yığması sonuncu dəfə 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qrupdan çıxmamışdı. Komandanın tarixdəki ən yaxşı nəticəsi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medal qazanmasıdır.

Martines 2016-cı ildən “qırmızı şeytanlar”a rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button