“Belə anlarda daha sakit olmaq lazımdır” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun belə gərgin keçəcəyini bilirdik. Çünki, hər iki komandaya xal lazım idi. Heç kim uduzmaq istəmirdi. Böyük üstünlük əldə etdik. Təəssüf ki, bir neçə dəqiqəlik futbolçularımızda konsentrasiya aşağı düşdü. Bu gün çoxlu qol epizodlarımız oldu. Oyunun qəhrəmanı rəqibin qapıçısı idi. Məni sevindirən odur ki, futbolçular istədiklərimizi edə bilir, epizodlar yaradırlar. Bunu davam etdirmək lazımdır. Çempionatda hər xal önəmlidir. Yolumuza davam edəcəyik.

0:2-dən sonra rəqib hesabı bərabərləşdirirsə, deməli səhvlərimiz var. Oyunu sakitləşdirmək lazım idi. Rəqib də hücum xəttində iki dəyişiklik etdi. Müdafiəçilərimizin yorğunluğundan istifadə etdilər.

Belaydi Pusi qol vurandan sonra aqressiv görünürdü. Buna görə mən də ona iradımı bildirdim. Belə anlarda daha sakit olmaq lazımdır. İkinci sarı vərəqəni ala bilərdi. Araşdırsaq, xırda səhvlər sonda nəticəyə təsir edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button