“Bayern” fransalı müdafiəçidən cavab gözləyir

“Bayern”in müdafiəçisi Dayo Upamekano klubla başa çatan müqaviləsinin müddətini uzatmaya bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu hələ də Münhen təmsilçisinin təqdim etdiyi yeni müqavilə təklifinə rəsmi cavab verməyib.

Klub rəhbərliyi səbrini itirməyə başlayıb və 27 yaşlı oyunçuya təzyiqi artırıb. “Bayern” yaxın vaxtlarda Upamekanodan qəti “bəli” və ya “xeyr” cavabı almaq niyyətindədir. Əks halda, hazırkı təklif geri götürüləcək.

Münhen klubu Upamekano üçün şərtləri yaxşılaşdırmaq fikrində deyil. Rəhbərlik hazırkı müqavilə təklifini onun üçün artıq “çox sərfəli” hesab edir.

Almaniya çempionunun rəhbərliyi vəziyyətin bu cür uzanmasından narahatdır və artıq mövsümün sonunda müdafiəçinin azad agent kimi komandadan ayrılacağı ehtimalı ilə barışıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button