“Bayern”in futbolçusu PSJ-yə keçdi – Rəsmi

PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Bayern”dən Lukas Hernandesi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

PSJ fransalı müdafiəçi üçün Münhen klubuna 47 milyon avro ödəyib. 27 yaşlı müdafiəçi yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

“Bayern” Hernandesi 2019-cu ilin yayında “Atletiko”dan transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button