“Bayern”də ciddi itki

“Bayern”in müdafiəçisi Dayot Upamekano zədələnib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu sol budundan zədə alıb. O, bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

24 yaşlı futbolçunun əvəzinə Fransa millisinə “Çelsi”nin müdafiəçisi Aksel Disasi oktyabrda keçiriləcək oyunlar üçün çağırılıb.

Upamekano bu mövsüm Münhen klubunun heyətində 10 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button