“Bayern”də ciddi itki

Matteys de Liqt zədə səbəbindən 4-6 həftə meydana çıxa bilməyəcək.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Bayern”in müdafiəçisi Matteys de Liqt Almaniya kubokunun 1/16 finalında “Saarbrüken”lə matçda (1:2) aldığı zədə səbəbindən qarşıdakı oyunlarda komandasına kömək etməyəcək.

Diz bağının zədələnməsi səbəbindən niderlandlı futbolçu 4-6 həftə yaşıl meydandan kənarda qalmalı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button