“Bayern” niderlandlı futbolçunu satmaq fikrində deyil

“Bayern” rəhbərliyi müdafiəçi Matteys de Liqti satmaq istəmir.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, klubda futbolçunu tənqid edənlərdən çox tərəfdarları var.

Münhen klubu komandanı yenidən qurmaq üçün yayda bəzi futbolçularla yollarını ayırmaq istəyir. Amma De Liqt həmin futbolçulardan biri olmayacaq.

24 yaşlı niderlandlı müdafiəçi bu mövsüm 23 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

“Bayern” 28 oyundan sonra 60 xalla Almaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button