“Real”ın 80 milyon avroluq təklifindən imtina etdilər

İspaniyanın “Real” klubu “Bayer”in futbolçusu Kay Havertsi heyətinə qatmaq istəyir.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, “kral klubu” 20 yaşlı futbolçu üçün qarşı tərəfə 80 milyon avro təklif edib. Təklifə görə, Haverts “Real”a keçsə də, növbəti mövsümü icarə əsasında “Bayer”də keçirəcək. “Bayer” bu təklifdən imtina edib. Leverkuzen klubunun Havertsin transferindən 100 milyon avro qazanmağı hədəflədiyi bildirilir.

Cari mövsümdə iştirak etdiyi 38 oyunda 15 qolla yadda qalan alman futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button