
Baxşıyev: “Sabah” çox güclüdür”
NTD-nin baş məşqçisi Tahir Baxşıyev “Sabah” kimi rəqibə qarşı oynamağın çox çətin olduğunu bildirib.
Komanda.az xəbər verir ki, bunu mütəxəssis Azərbaycan Basketbol Liqasının 12-ci turunda “Sabah”a məğlubiyyətdən sonra deyib. O, belə matçların komandaya fayda verdiyini vurğulayıb:
“Oyunçular belə matçlara necə köklənməli olduqlarını anlamalıdırlar. Rəqib çox güclüdür. Lakin bu cür oyunlar bizə təcrübə baxımından fayda verir”.
Baxşıyev əsas diqqətin kubok matçına yönəldiyini əlavə edib:
“Dörd gün sonra bizi “Sumqayıt”la kubok oyunu gözləyir. Məhz buna görə bu görüşdə 25 dəqiqədən çox iki yerli oyunçu ilə çıxış etdik. Hazırda bütün fikirlərimiz kubok oyununa yönəlib”.
“Sabah” – NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Facebook-da izləyin



