“Bavariya” dünya çempionatının finalında

Futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib.

Komanda.az xəbər verir ki, Qətərdə təşkil olunan mundialın ilk yarımfinal görüşündə Meksikanın “Tiqres” klubu Braziliya “Palmeyras”ı ilə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Digər yarımfinal görüşü isə Almaniya nəhəngi “Bavariya” ilə Afrikanın ən güclüsü – Misirin “Əl-Əhli” klubu arasında baş tutub. UEFA Çempionlar Liqasının qalibi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0.

Beləliklə, fevralın 11-də baş tutacaq həlledici oyunda “Bavariya” ilə “Tiqres” qarşılaşacaq. Həmin gün həm də “Əl-Əhli” ilə “Palmeyras” üçüncü yer uğrunda oyuna çıxacaq.