“Fənərbaxça”ya keçə bilər – “Çelsi”nin hücumçusu

“Çelsi”nin hücumçusu Mişi Batşuayi karyerasını “Fənərbaxça”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrizio Romano “tvitter” hesabında paylaşıb.

28 yaşlı belçikalı bu yay “Nottingem Forest”ə keçə bilərdi, lakin sənədləşmə işləri vaxtında tamamlanmadığından, transfer baş tutmadı. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.

Batşuayi ötən mövsüm icarə əsasında “Beşiktaş”da çıxış edib. O, Türkiyə klubunda 42 oyun keçirib, 14 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button