BATE-nin futbolçusu “Sumqayıt”da

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” yeni futbolçu ilə anlaşıb.

Komanda.az “transfermarkt”a istinadən xəbər verir ki, klub BATE-də çıxış edən Camaldin Xojaniyazovu transfer edib. “Sumqayıt”ın futbolçu ilə 2020-ci ilədək müqavilə bağladığı bildirilir.

Mart ayından BATE-də çıxış edən 23 yaşlı müdafiəçi, bu klubun heyətində cəmi 2 matçda iştirak edib. Rusiyalı futbolçu karyerası ərzində “Zenit”, “Ural”, “Dinamo” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button