“Messinin qucaqlamasından sonra formamı yumayacam”

“Barselona”nın yeni transferi Martin Breytveyt açıqlama verib.

Komanda.az xəbər verir ki, La Liqanın 25-ci turunun “Eybar”la matçında debüt edən danimarkalı hücumçu bunları deyib:

“Messinin qucaqlamasından sonra formamı yumayacam. Etiraf edirəm ki, 1 həftə əvvəl “Barselona”da oynayacağım ağlıma gəlməzdi. Messi final fitindən sonra məni təbrik etdi. O mənim meydanda rahat olmağımı istəyir. Mən meydana girəndə Messi məni axtarırdı”.

“Barselona” Breytveyti “Leqanes”dən transfer edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button