“Barselona”nın yeni baş məşqçinin adını açıqlayacağı vaxt məlum olub

“Barselona” Hans-Diter Flikin baş məşqçi kimi təyin olunacağı tarixlə bağlı artıq qərar verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin təyinatı gələn bazar ertəsi rəsmi olaraq açıqlanacaq. Həmin gün “Barsa” hazırkı baş məşqçisi Xavi Hernandesin istefaya göndərildiyini də elan edəcək.

Daha əvvəl Flikin “Barselona” ilə bir illik müqavilə imzalayacağı və anlaşmanı daha bir mövsüm uzatmaq imkanına malik olacağı bildirilirdi.

Hans-Diter Flik əvvəllər 2020-ci ildə Çempionlar Liqasının qalibi olduğu “Bayern”ə rəhbərlik edib. Həmin mövsüm Flikin komandası 1/4 finalda “Barselona”nı 8:2 hesabı ilə məğlub etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button