
“Barselona”nın sabiq futbolçusu çempion komandanın baş məşqçisi oldu
“Barselona”nın və “Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture “Slovan”ın (Bratislava) baş məşqçisi təyin edilib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Turenin baş məşqçi kimi ilk işi olacaq.
Əvvəllər “Seltik” və “Suonsi Siti”də çalışmış Darren O’Deanın onun köməkçisi olacağı gözlənilir. Ture əvvəllər “Tottenhem” akademiyasında çalışıb, “Standard” (Lyej) və Səudiyyə Ərəbistanı milli komandasında köməkçi məşqçi kimi çalışıb.
“Slovan” 2025/2026 mövsümündə Slovakiya çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



